Dərc edilib: 17-08-2018

https://www.nuh.az/16876-.html

“Yeni hökumətin təcrübəsizliyi məni siyasətə qayıtmağa məcbur edir”

17.08.2018 08:13:50

Günün sitatı

Ermənistanın ikinci prezidenti Robert Koçaryan yenidən siyasətə qayıtmağı planlaşdırır.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, eks-prezident bunu 2 səbəblə əlaqələndirib: birincisi, onu ölkənin geopolitik vəziyyəti və təhlükəsizliyi narahat edir; ikincisi, hazırkı hakimiyyətin təcrübə və biliyi kifayət qədər deyil:

“Mən niyə fikirləşirəm ki, siyasətə qayıtmalıyam? İki səbəb var. Onlardan birincisi, hazırkı geopolitik vəziyyətdən doğan riskləri görürəm. Ermənistanın xəritəsinə baxın. Görün, hansı ölkələrlə əhatələnib və bu dövlətlərlə münasibəti necədir? Hökumət ordudan çox uzaqdır. Başa düşmür ki, yalnız güclü ordu bizim dövlətçiliyimizin qarantıdır. Əminəm ki, hazırkı hakimiyyətin təcrübəsi, biliyi savadı yetərsizdir və bu təhlükələr məni siyasətə qayıtmağa məcbur edir”. 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib