Dərc edilib: 17-08-2018

https://www.nuh.az/16885-.html

“Biz Ermənistan dövləti olan yerə getməməliyik”

17.08.2018 14:07:03

Mədəniyyət

“Ermənistan işğalçı dövlətdir. Hazırda biz Ermənistan dövləti ilə müharibə şəraitində yaşayırıq. Onların olduğu təşkilatda bizim nə işimiz ola bilər axı?"

"Qafqazinfo" xəbər verir ki, bu sözləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə isə  Modern.az-a açıqlamasında bildirib. O qeyd edib ki, hazırki şəraitdə Azərbaycan KTMT-ya qoşula bilməz.

“Hesab edirəm ki, Dağlıq Qarabağ məsələsi öz həllini tapmayınca biz Ermənistan dövləti olan yerə getməməliyik”.

Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Rusiya, Belarus , Qazaxıstan, Qırğızıstan,  Tacikistan və Ermənistan daxildir.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib