Dərc edilib: 18-08-2018

https://www.nuh.az/16891-.html

Xarici dövlətlərə agentlik edən 118 nəfər aşkarlanıb - Azərbaycanda

18.08.2018 11:08:37

Günün sitatı

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev “Azərbaycan” qəzetinə müsahibəsində son illər rəhbərlik etdiyi sahəyə dövlətin qayğısı və mütəxəssislərin inkişafından danışıb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, general E.Quliyev bildirib ki, son 15 il ərzində Azərbaycan sərhədçiləri tərəfindən 8 min 797 sərhəd pozucusu, 135 min 91 nəfər rejim pozucusu, 28 min 935 nəfər axtarışda olan şəxs saxlanılıb. Təxmini dəyəri 126 milyon manat olan qaçaqmalın, o cümlədən 4 ton 266 kq narkotik vasitələrin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb, 331 ton narkotik mənşəli bitki kolu aşkar olunaraq məhv edilib

Bu illər ərzində Dövlət Sərhəd Xidməti tərəfindən Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkarlanması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində xarici xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilən 18 nəfər və əlaqədə şübhəli bilinən 79 nəfər Azərbaycan, 21 nəfər xarici vətəndaş aşkar olunub, terrorçuluğa qarşı mübarizə çərçivəsində 88 şəxs saxlanılıb, 375 nəfərin şəxsiyyəti müəyyən edilib. Qanunsuz miqrasiya, qaçaqmalçılıq, o cümlədən narkotik qaçaqmalçılığı ilə məşğul olan 136 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib