Dərc edilib: 18-08-2018

https://www.nuh.az/16898-.html

Şəhriyar Məmmədyarov ABŞ-a 75 min dollar qazanmağa gedir

18.08.2018 14:04:17

Cəmiyyət

Avqustun 19-dan 27-dək ABŞ-ın Sent-Luis şəhərində şahmat üzrə Sinkfild Kuboku superturniri keçiriləcək.
Qaynarinfo xəbər verir ki, azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov da yarışda iştirak edəcək.
Azərbaycanlı qrossmeysterlə yanaşı, Maqnus Karlsen (Norveç), Fabiana Karuana, Uesli So, Xikaru Nakamura (hamısı ABŞ), Sergey Karyakin, Aleksandr Qrişuk (hər ikisi Rusiya), Maksim Vaşye-Laqrav (Fransa), Vişvanatan Anand (Hindistan) və Levon Aronyan (Ermənistan) da superturnirə qatılacaq.
Turnirin mükafat fondu 300 min dollardı. Qalib şahmatçı 75 min dollar qazanacaq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib