Dərc edilib: 20-08-2018

http://www.nuh.az/16909-.html

Şeyx xalqı təbrik etdi

20.08.2018 14:47:16

Mədəniyyət

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Qurban bayramı münasibətilə  xalqı təbrik edib. “Qafqazinfo”ya daxil olan təbrik məktubunda bildirilir ki, İslam Aləminin ən əziz və müqəddəs günlərindən biri - Eydül-Əzha - Peygəmbərimiz Həzrət İbrahim əleyhissəlamın adı ilə bağlı olan Qurban bayramı Uca Allah tərəfindən müsəlman ümmətinin böyük sevinc və fərəh məqamı kimi qərar verilib.

Müqəddəs Qurban bayramı əsrlər boyu insanlar arasında ülfət, qardaşlıq və mehribanlığın yaranmasına, onların həmrəyliyinə, mənəvi saflaşmasına, imanlarının kamilləşməsinə xidmət edir.

Bu əziz günlərdə Azərbaycan xalqına xeyir-dualarımızı yetirir, Uca Allahın Nəzərinin üzərimizdə hər zaman bərqərar olmasını diləyirik. Qoy həmvətənlərimizin evlərində səadət, əmin-amanlıq hökm sürsün, ruziləri bol, imanları kamil olsun! Müsəlman ümmətinin ən böyük sevinc bayramı olan Qurban bayramında Allah-Təala ibadət, qurban və dualarımızı qəbul etsin! Allah Vətənimizi hifz etsin! Amin!

Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu!

NUH informasiya agentliyi səhifəsindən çap edilib