Dərc edilib: 21-08-2018

https://www.nuh.az/16917-.html

Kriminal aləmin məşhur siması Azərbaycanda

21.08.2018 13:45:23

Region

Vaxtı ilə muzdlu olaraq bir çox qaynar nöqtədə, o cümlədən Dombasda Ukraynaya qarşı döyüşmüş Timur TumaevAzərbaycana gəlib.

 Yenicag.az-ın   etdiyi məlumata görə, kriminal aləmdə "Timur Dikiy” kimi tanınan çeçen səfər zamanı azərbaycanlı mərhum "qanuni oğru”lar Rövşən Lənkəranski ilə Masallı Mamedin məzarlarını ziyarət edib.
O, səfər zamanı tək olmayıb. Bir neçə yaxını da Tumaevi müşayiət edib.
Bir vaxtlar çeçen əsilli kriminal avtoritet Şeyx Xəmzət ləqəbli "qanuni oğru” Xəmzət Qastəmirovun ətrafında olan, daha sonra isə ona qarşı çıxan "Timur Dikiy” cənuba – Lənkərana və Masallıya yollanıb.
Qeyd edək ki, bu il 2016-cı il avqustun 18-də Türkiyənin İstanbul şəhərində qətlə yetirilən Rövşən Canıyevin vəfatının ikinci ildönümüdür. Tumaevin səfərinin başlıca səbəbi də budur.

NUH informasiya agentliyi səhifəsindən çap edilib