Dərc edilib: 22-08-2018

https://www.nuh.az/16926-.html

“Şəhid anasını diz çökdürməmişəm” - Manafdan açıqlama+Video

22.08.2018 09:24:11

Maraqlı

Müğənni Manaf Ağayev həmkarı Mətanət Əsədovanın içki məclisindən videosunu yayan şəxsi “diz çökdürməsi” xəbərlərinə aydınlıq gətirib.


“Qafqazinfo” xəbər verir ki, müğənni bəzi xəbər saytlarında haqqında yazılan “şəhid anasını diz çökdürdü” məlumatının doğru olmadığını deyib:

“Mən o tərbiyənin yiyəsi deyiləm. Doğma əmim oğlunu şəhid vermişəm. Şəhid anasının nə demək olduğunu bilirəm. Mən şəhid anasının qarşısında diz çökürəm, çökmüşəm də. Mən şəhid anası tərəfindən Mətanətin yanına getmişdim. Şəhid anasının oğlu mənim dostumdur. Mətanətə zəng vurub demişəm ki, səndən üzr istəyirlər, şəhid anası səninlə danışmaq istəyir. O deyəndə ki, “şəhid anası kimi səndən üzr istəyirəm”, Mətanət cavabverdi ki, “Ay ana, siz nə danışırsız? Mən də sizə qurban olum, Manaf da. Manaf gəlibsə xahişə, söhbət qurtarıb”. Hadisə belə olub”. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib