Dərc edilib: 22-08-2018

https://www.nuh.az/16928-.html

Qurban bayramı ilə əlaqədar 2 gün iş olmayacaq

22.08.2018 10:44:05

İqtisadiyyat

Azərbaycanda Qurban bayramı ilə əlaqədar iki günlük tətil başlayıb.

 report  xəbər verir ki, Əmək Məcəlləsinin 105-ci (Bayram günləri) maddəsinin 2-ci hissəsinə və Nazirlər Kabinetinin "2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” qərarına əsasən avqustun 22-si və 23-ü ölkədə qeyri-iş günüdür.
Avqustun 24-ü isə iş günüdür.

NUH informasiya agentliyi səhifəsindən çap edilib