Dərc edilib: 22-08-2018

https://www.nuh.az/16933-.html

Kəmaləddin Heydərov ətrafında çəmbər daralır: “fövqəlnazir”ə yol göründü?

22.08.2018 13:25:05

Dünya

“Gilan” holdinq kimi nəhəng biznes kompaniyası əlindən çıxan, inşaat layihələri yarımçıq dayanan və oğlunun Britaniyadakı təşkilatının fəaliyyətinə xitam verilən fövqəladə hallar naziri Kəmaləddin Heydərov üçün Ziya Məmmədov dönəmi başlanıb.

AzEuroNews.com xəbər verir ki, nazirin oğlu Taleh Heydərova məxsus “Qəbələ” futbol klubunun tənəzzül dövrünü yaşaması, K.Heydərovun gömrükdəki rıçaqlarının zəifləməsi, hətta baş inhisarçı Əbülfəz Məlikovun arxasından çəkilməsi qaranlıq bir tunelə daxil olduğu qənaəti doğurur.

Belə ehtimallar səslənir ki, K.Heydərov vəzifə postunu itirməmək naminə bütün varidatını, biznes şəbəkəsini, kurasiyasındakı monopolist sahələri təhvil verməyə hazır olduğunu açıqlayıb.

Bu gedişatın nəticəsidir ki, vaxtilə ölkənin qüdrətli generallarından olan “fövqəlnazir”in quberantoru olduğu Qəbələ rayonuna nəzarəti azalıb, “Gilan”dakı müəssisələr “Paşa” holdinqin balansına keçib (eynilə Məmmədovların “Qarant” holdinqinin aqibəti), merkantil mövqeləri sarsılıb.

 

“Gilan” holdinq“Gilan” holdinq


Məsələn, bazarlarda “Jalə” şirələri, “Milla” ağartı məhsulları getdikcə vitrinlərdə onsuz da alıcılıq qabiliyyəti aşağı olan reytinqini itirməkdədir.

Onun “Elmlər akademiyası” metrosu ilə üzbəüz alimlərə aid binanın yerində tikintisi yarımçıq qalıb, Lənkəran, Zaqatala və bir sıra yerlərdə layihələri dayanıb.

 

Kəmaləddin Heydərovun “Elmlər”dəki tikintisi dayanıb – Müəmma/Foto

 

Kəmaləddin Heydərovun “Elmlər”dəki tikintisi dayanıb – Müəmma

 


Heydərovların Məmmədovlar üzərində simvolik qələbəsinə baxmayaraq, analoji taleni yaşadıqları göz qabağındadır.

Xüsusən də  Tale Heydərovun Britaniyada təsis etdiyi Avropa Azərbaycan Cəmiyyəti (TEAS) bağlanmasını qeyd etmək yerinə düşər.

TEAS Britaniyada və bir neçə Avropa ölkələrində Azərbaycana dair tədbirlər təşkil edib və şirkətin adı Azərbaycana qarşı korrupsiya iddialarında hallanıb.

 

Tale HeydərovTale Heydərov

Beləcə həm iqtisadi, həm media, həm lobbiçilik sektorunda əhəmiyyətli təsirə malik K.Heydərovla bağlı baş verənlər onun ətrafındakı çəmbərin daraldığı şübhələri yaradır.

Nazirin FHN postundan uzaqlaşdırılacağı haqda səhih xəbərlər olmasa da, bu nazirliyin təsis edilməsi təsadüfi deyil və ləğvi də mümkündür.

Çünki FHN-də ilk və hələ də dəyişməyən bir nazir var. Amma nazirin həlqəsinin daralması haqda proses həm də informativ təbliğatla müşayiət olunurdu.

Son bir il ərzində Fövqəladə Hallar Nazirliyi (FHN) yarıtmaz fəaliyyəti ilə uğursuz struktur olduğunu isbat etməkdədir.

İstərsə itkin düşən neftçilər işi olsun, istərsə 5 ay sonra meyiti tapılan alpinistlər, istərsə də qayıqda meyiti tapılan yeniyetmələr…

FHN-nin adı zəlzələ bölgəsində, daşqın zonasında evlərin tikintisi, kompensasiyaların paylanmasında yol verilən maxinasiyalardan tutmuş nazirliyin köhnə xidməti avtomobillərinin geri qaytarılmayaraq pulların silinməsinə qədər hallanıb.

İtkin düşmüş alpinistlərin axtarışında və eləcə də qayıqda ölən gənclərin olayında Fövqəladə Hallar Nazirliyinin əzəməti sabun köpüyü kimi dağıldı.

Kəmaləddin Heydərovun nazirliyi altında yaradılmış FHN mifi və bütü tamamilə havaya sovrulub. Halbuki, bu nazirlikdən kristal olması imici yaradılmışdı.

Hərçənd, FHN yarandığı gündən Azərbaycanda fövqəladə hadisələr, təbii fəlakətlər, yanğınlar, nə hikmətdirsə artmağa başlayıb.

Azərbaycanın ictimai rəyində FHN obrazı uğurlu proyekt, hər bir fövqəladə hadisəyə hazır qurum kimi formalaşdırılmışdı.

Lakin bunun bir süni nəfəs aparatı olduğu, blef kimi ortaya atıldığı istərsə Kür daşqınları, istərsə Zaqatala zəlzələsinə aydınlaşmışdı.

Məsələn, 2015-ci ildə paytaxtın Binəqədi rayonunda bina yanıb külə döndü, 15 nəfər həlak oldu.

Foto © Elşən BabaFoto © Elşən Baba

 

O zaman FHN və tabeliyindəki yanğından mühafizə xidməti faciənin miqyasının bu qədər böyük olmasının qarşısını ala bilmədi. Yəni, vaxtında operativ tədbir görülsəydi, 15 nəfər tələf olmazdı…

NUH informasiya agentliyi səhifəsindən çap edilib