Dərc edilib: 22-08-2018

https://www.nuh.az/16936-.html

“Koçaryanın geriyə yolu yoxdur” - Paşinyan

22.08.2018 20:10:17

LIVE

“Eks-prezident Robert Koçaryanın Ermənistan siyasətində geriyə yolu yoxdur”.


 “Sputnik”   xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. O, Koçaryanın siyasətə qayıdacağı ilə bağlı sözlərini belə şərh edib:

“Yəqin xatırlayırsınız, mən Serj Sarkisyanla görüşümdə dedim ki, o, vəziyyəti düzgün qiymətləndirmir. Növbəti baş nazir seçkilərində də Ermənistanın Respublikaçılar Partiyası Robert Koçaryanın xeyrinə səs verməyəcək. İnanmıram ki, RP və onun rəhbərliyi belə bir inamsız addım atsın. Heç bir təşəbbüsə ehtiyac yoxdur. Sadəcə insanlarla söhbət edib vəziyyəti real qiymətləndirmək lazımdır”. 

Xatırladaq ki, Robert Koçaryan Ermənistandakı siyasi vəziyyətin onu yenidən hakimiyyətə qayıtmağa sövq etdiyini bildirmişdi. 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib