Dərc edilib: 23-08-2018

https://www.nuh.az/16944-.html

Rus oliqarxların İsveçrə bankındakı pulları donduruldu

23.08.2018 17:40:35

Maraqlı

İsveçrənin ən iri banklarından biri olan “Credit Suisse” ABŞ-ın sanksiyalarının təsiri altına düşməmək üçün Rusiya vətəndaşlarının 5 milyard dollarlıq bank hesablarını dondurub.


 Virtualaz.org   xəbər verir ki, dondurulmuş bank hesablarının sahiblərinin adları açıqlanmır.

Qeyd olunur ki, bank beynəlxalq maliyyə sisteminin tənzimləyiciləri ilə Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaların həyata keçirilməsində əməkdaşlıq etməyə hazırdır.

İsveçrənin daha iki iri bankı - UBS və “Julius Baer” də sankisya rejiminə sadiqliyini bildiriblər, amma müştərilərdən hansılarınsa hesablarının dondurulduğunu elan etməyiblər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib