Dərc edilib: 24-08-2018

https://www.nuh.az/16950-.html

Əliabbas Bağırov işdən çıxarıldı: şöbəsi ləğv olundu

24.08.2018 12:03:54

Maraqlı

Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) Bakı Şəhər Ticarət və Xidmət Departamentinin mətbuat xidməti ləğv olunub.

report  xəbər verir ki, bununla ələqadar olaraq departamentin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov işdən çıxarılıb.
Əliabbas Bağırov işdən çıxması ilə bağlı məsələyə münasibət bildirib. O, Qaynarinfo-ya açıqlamasında gələn həftədən başqa bir qurumun mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edəcəyini söyləyib:
"Bəli, departamentdəki işimdən ayrılmışam. Başqa bir qurumun mətbuat xidməti vəzifəsinə keçirəm. Ora sizin üçün daha vacibdir ki, nəyinki departament. Hələlik həmin qurumun adını açıqlamayacağam. Qismət olsa, gələn həftədən işimin başında olacağam".

NUH informasiya agentliyi səhifəsindən çap edilib