Dərc edilib: 25-08-2018

https://www.nuh.az/16956-.html

Merkel bu gün Bakıya gəlir

25.08.2018 10:19:15

LIVE

Xəbər verdiyimiz kimi, Almaniya kansleri Angela Merkel Cənubi Qafqaz ölkələrinə səfərdədir. 

“Qafqazinfo” xəbər verir ki, səfər çərçivəsində Merkel bu gün Azərbaycana da gələcək. Onun Azərbaycan prezidenti İlham Əliyevlə görüşü gözlənilir.

Bundan əvvəl almaniyalı kansler Gürcüstanda və Ermənistanda olub. O, Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi mətbuat konfransında Almaniyanın Dağlıq Qarabağ münaqişəsinə yardım göstərməyə hazır olduğunu bildirib. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib