Dərc edilib: 25-08-2018

https://www.nuh.az/16959-.html

Şəhriyar Məmmədyarov Vaşye-Laqrav ilə heç-heçə etdi

25.08.2018 11:03:30

İdman

ABŞ-ın Sent-Luis şəhərində "Sinquefield Cup" superturnirinin VI turu keçirilib.
Qaynarinfo xəbər verir ki, turnirdə Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov bu dəfə fransalı Maksim Vaşye-Laqravilə qarşılaşıb. Görüşdə şahmatçılar xalları bölüb. 
VI tur
Fabiano Karuana (ABŞ) – Sergey Karyakin (Rusiya) 1:0
Şəhriyar Məmmədyarov (Azərbaycan) – Maksim Vaşye-Laqrav (Fransa) 0,5:0,5
Xikaru Nakamura (ABŞ) – Levon Aronyan (Ermənistan) 0,5:0,5
Aleksandr Qrihuk (Rusiya) – Maqnus Karlsen (Norveç) 0,5:0,5
Uesli So (ABŞ) – Vişvanatan Anand (Hindistan) 0,5:0,5
Altı turdan sonra Karuana 4 xal ilə turnir cədvəlində liderliyə yüksəlib. 2-5-ci yerləri hərəyə 3,5 xal ilə Qrişuk, Karlsen, Məmmədyarov və Aronyan bölüşür. 6 və 7-ci pillələrdə 3 xalla Anand və Vaşye-Laqrav qərarlaşıb. Növbəti yerləri So (2,5 xal) və Nakamura (2) tutur, Karyakin isə 1,5 xal ilə turnir cədvəlini qapayır.
Şənbə günü keçiriləcək 7-ci turda Şəhriyar Məmmədyarov Karyakinlə qarşılaşacaq.
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib