Dərc edilib: 25-08-2018

https://www.nuh.az/16964-.html

Elmar Vəliyevin yeni VİDEOSU yayıldı - İcra başçısı sağalıb +

25.08.2018 13:04:58

Günün sitatı

Gəncənin 51 gün öncə sui-qəsdə məruz qalmış icra başçısı Elmar Vəliyev olduğu bildirilən video yayılıb. 

 

Modern.az xəbər verir ki, videogörüntü Musavat.com-un elektron poçtuna göndərilib.

İddia olunur ki, videodakı şəxs Elmar Vəliyevdir. Göründüyü kimi, o, lüks bir otaqda (otel və ya klinika) oturub və iştahla yemək yeyir. Doğrudur, görüntülərdə əks olunan şəxsin E.Vəliyevə oxşarlığı çoxdur, amma yenə də birmənalı demək çətindir ki, bu, odur, yoxsa oxşarıdır. 

Videodakı şəxsin başındakı kepka da başçının tanınmasını bir qədər çətinləşdirir. Bilmək olmur ki, bu kepka Vəliyevin başındakı yaranın izini örtmək üçün nəzərdə tutulub, yoxsa oxşarlığı artırmaq, yaxud da fərqliliyi azaltmaq üçün. 

Hər halda belə bir video yayılıb və iddia olunur ki, bu, sui-qəsdə məruz qalmış başçınını ən son videogörüntüləridir. Musavat.com bu videonu yayır və hansısa qənaətə gəlməyi oxucuların öhdəsinə buraxır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib