Dərc edilib: 26-08-2018

https://www.nuh.az/16975-.html

Azərbaycanda ata övladını vəhşicəsinə döydü (VİDEO)

26.08.2018 11:50:34

Reportaj

Sosial şəbəkələrdə 3-4 yaşlı qız uşağının vəhşicəsinə döyüldüyü anın videosu yayılıb.

 baku.ws  xəbər verir ki, videonu paylaşanlar uşağı döyən şəxsin onun atası olduğunu güman edir.
Amma bu vəhşiliyi törədən şəxsin kimliyi hələlik dəqiqləşdirilməyib.
Sosial şəbəkələrdə sürətlə yayılan sözügedən kadrlar qısa zamanda minlərlə insanın kəskin reaksiyasına səbəb olub. İnsanlar uşağı döyən şəxsin dərhal tapılaraq hüquq mühafizə orqanlarına təhvil verilməsini istəyir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib