Dərc edilib: 26-08-2018

https://www.nuh.az/16977-.html

Ramil Usubov rayonun polis rəisini vəzifədən azad etdi

26.08.2018 14:35:57

Günün sitatı

Goranboy Rayon Polis Şöbəsinin rəisi tutduğu vəzifədən azad edilib.

 Report  xəbər verir ki, daxili işlər naziri, general polkovnik Ramil Usubovun müvafiq əmri ilə Goranboy rayon polis şöbəsinin rəisi, polis polkovniki Azadəliyev Fəqan Cəbrayıl oğlu vəzifəsindən azad olunaraq sərəncama göndərilib. Onun yerinə hələ ki, təyinat olmayıb.
Məlumata görə F. Azadəliyev 2014-cü ilin fevral ayından Goranboy rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib