Dərc edilib: 27-08-2018

https://www.nuh.az/16990-.html

BMT müsəlmanlara qarşı soyqırımı təsdiqlədi

27.08.2018 13:33:30

Maqazin

BMT-nin Myanma üzrə beynəlxalq araşdırma missiyası bu ölkənin ordu generallarını Rahkayn ştatında rohinca müsəlmanlarına qarşı soyqırım törətməkdə ittiham edərək mühakimə olunmalarını tələb edib.

 

“Qafqazinfo” xəbər verir ki, həmin siyahıda Myanmanın Baş Qərargah rəisi Min Aunq Hlaynanın da adı keçir. 

Sənəd rəsmi olaraq sentyabrın 18-də Cenevrədə BMT-nin insan haqları üzrə növbəti sessiyasında təqdim olunacaq. 

Hesabatı hazırlayanlar Myanmaya buraxılmayıblar. Onlar öz araşdırmalarını qurbanlar və şahidlərdən alınan müsahibələr, peyk görüntüləri, fotolar və videolar əsasında aparıblar. 

Missiya nümayəndələri qeyd edirlər ki, ölkə ordusunun ali rəhbərliyi mülki hakimiyyətin havadarlığı ilə Rakhayn, Kaçin və Şan ştatlarında soyqırım həyata keçirib. 

Xüsusilə, 2017-ci ilin martında baş verənlər beynəlxalq hüquqa əsasən, ciddi cinayət hadisəsi hesab edilir. Söhbət qrup şəklində təcavüzlərdən, uşaqlara hücumdan, çoxlu sayda kəndin yandırılmasından, işgəncə, seksual köləlikdən gedir. 

Hesabat müəlliflərinin sözlərinə görə, ordu rəhbərliyindəki ali vəzifəli şəxslərin məhkəmə təqibinə başlamaq üçün kifayət qədər informasiya var. 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib