Dərc edilib: 28-08-2018

https://www.nuh.az/16995-.html

Neft Fondunun 30 tondan çox qızılı var

28.08.2018 09:13:45

Günün sitatı

2017-ci ilin sonuna Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinə daxil edilmiş qızılın miqdarı 30 175 kq - 970 146 troya unsiya təşkil edib. 

“Qafqazinfo” fondun 2017-ci il üzrə illik maliyyə hesabatına istinadən xəbər verir ki, 11 yanvar 2013-cü il tarixindən etibarən alınmış qızıl Azərbaycana gətirilərək, müvəqqəti olaraq Mərkəzi Bankda saxlanılıb. 

2016-cı ilin sonuna ölkəyə gətirilmiş qızılın miqdarı 30 169 kq təşkil edib. 2017-ci il ərzində isə qeyd edilən qızılın ARDNF-nin inzibati binasında inşa edilmiş xəzinəyə gətirilməsi başa çatdırılıb. 

Qeyd edək ki, fond investisiya portfelində qızılın payını 5 faizə çatdırmağı hədəfləyib. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib