Dərc edilib: 29-08-2018

https://www.nuh.az/17004-.html

Birinci vitse-prezidentə yeni köməkçilər təyin edildi

29.08.2018 09:52:40

Cəmiyyət

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın daha iki köməkçisi təyin edilib.

“Qafqazinfo” Prezident Administrasiyasının saytına istinadən xəbər verir ki, Emin Hüseynov və Xalid Əhədov Birinci vitse-prezidentin köməkçisi təyin ediliblər.

Bununla da Birinci vitse-prezidentin köməkçilərinin sayı 6-ya çatıb.

Qeyd edək ki, M. Əliyevanın digər 4 köməkçisi Anar Ələkbərov, Yusuf Məmmədəliyev, Elçin Əmirbəyov və Gündüz Kərimovdur.

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib