Dərc edilib: 30-08-2018

https://www.nuh.az/17009-.html

Ana ilə qızını öldürüb tövlədə gizlətdilər - Cəlilabadda dəhşət

30.08.2018 12:16:14

Kriminal

Cəlilabad rayonu, Qarazəncir kəndində ana və qızı qətlə yetirilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə avqustun 29-u gecə saatlarında baş verib. 86 yaşlı Firuzə və qızı 46 yaşlı Sənubər yaşadıqları evdə qətlə yetiriliblər.

Hadisəni törədən şəxs və ya şəxslər Firuzənin meyitini evin arxasında doğrayaraq tövlədə gizlədiblər. Qızı Sənubərin meyiti isə evin içindən tapılıb.

Hazırda polis və prokuorluq orqanlarının əməkdaşları hadisə yerindədirlər. Araşdırma aparılır.

***

Ana və qızı həmin evdə tək yaşayırmış, qətlə yetirilən Firuzənin oğlu Qiyas isə bir neçə il əvvəl xəstəlikdən vəfat edib. Qızı Sənubər isə ailə həyatı qurmayıb.

***

Sənubərin boğularaq öldürüldüyü məlum olub.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib