Dərc edilib: 30-08-2018

https://www.nuh.az/17019-.html

İki general “Astara” sərhədində vəziyyəti yoxladı - Fotolar

30.08.2018 15:13:37

İqtisadiyyat

Bu gün  Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Səfər Mehdiyev tərəfindən “Astara” dövlət sərhədindən bura­xılış məntəqəsində şəxslərin və nəqliyyat vasitələrinin dövlət sərhədindən bura­xılışı vəziyyəti yoxlanılıb.

“Qafqazinfo” DSX-nın saytına istinadən xəbər verir ki, prezident İlham Əliyevin dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd və gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi barədə verdiyi tapşırıqların icra vəziyyəti və bu istiqamətdə gö­rülmüş tədbirlərin səmərəliyinin qiymətləndirilməsi məqsədilə dövlət sərhədin­dən keçən şəxslərlə söhbətlər edilmiş, şəxslərin və nəqliyyat vasitələrinin rəsmi­ləşdirilməsinə daha az vaxt sərf edilməsi imkanları müzakirə olunub.

Bu məqsədlə general-polkovnik Elçin Quliyev və gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin rəhbərliyi ilə keçirilmiş xidməti müşavirədə prezident İlham Əliyevin ölkəmizin turizm imkanlarının genişləndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, sa­hib­karlığın inkişaf etdirilməsi və dövlət qurumları tərəfindən Azərbaycan vətən­daşlarının mənafelərinin qorunması ilə bağlı tapşırıq və göstərişlərinin icrası üzrə hər iki qurumun üzərinə düşən vəzifələrlə bağlı geniş fikir mübadiləsi apa­rılıb.

2018-ci ilin 10 may tarixindən etibarən sutkalıq fasiləsiz rejimdə fəaliyyət göstərən “Astara” dövlət sərhədindən buraxılış məntəqəsindəki mövcud vəziy­yət, Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin yerli bölmələrinin qarşılıqlı fəaliyyətinin tənzimlənməsi məsələləri müzakirə edilmiş və vəzifəli şəxslərin məruzələri dinlənilib.

 


 

NUH informasiya agentliyi səhifəsindən çap edilib