Dərc edilib: 30-08-2018

https://www.nuh.az/17021-.html

Əliyevlə Putin Soçidə görüşəcəklər

30.08.2018 21:28:37

Siyasət

Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə görüşmək üçün Soçiyə rəsmi səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov “Exo Moskva” radiosuna müsahibəsində deyib. 

Səfər sentyabrın 1-də baş tutacaq. Görüşdə hər iki lider ölkələrarası iqtisadi əməkdaşlığın genişləndirilməsi və Qarabağ məsələsini müzakirə edəcəklər. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib