Dərc edilib: 01-09-2018

https://www.nuh.az/17034-.html

Qondarma respublikanın rəhbəri öldürüldü

01.09.2018 08:56:57

Hadisə

Ukraynada qondarma Donetsk Xalq Respublikasının rəhbəri Aleksandr Zaxarçenko öldürülüb.


“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki,  Zaxarçenko restoranda olarkən naməlum şəxslər orada partlayış törədiblər.

Nəticədə Zaxarçenko yerindəcə keçinib. Yaralılar və digər itkilər barədə hələlik məlumat yoxdur.

Hücumun terror aktı olduğu bildirilir.

Hazırda hadisə ilə əlaqədar araşdırmalar aparılır.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib