Dərc edilib: 01-09-2018

https://www.nuh.az/17039-.html

ABŞ-dan gözlənilməz qərar

01.09.2018 09:45:52

İqtisadiyyat

ABŞ BMT-nin Fələstinli Qaçqınlara Yardım Fonduna (UNRWA) 300 milyon dollarlıq maliyyə dəstəyini dayandırdı.


“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Departamentinin məlumatında deyilir: “Fondun büdcəsinin 30%-i ABŞ-ın maliyyə dəstəyi hesabına ödənilir. Artıq bu yükü təkbaşına daşımayacağıq”.

Qeyd edək ki, BMT-nin adıçəkilən fonduna edilən maliyyə dəstəyi əsasən İordaniyanın Qərb sahilləri, Qəzza sektoru, Suriya və Livan qaçqınları üçün xərclənirdi. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib