Dərc edilib: 01-09-2018

https://www.nuh.az/17048-.html

Klintonla Yeltsinin gizli söhbətləri yayıldı

01.09.2018 13:12:02

Dünya

ABŞ-ın 42-ci prezidenti Bill Klintonla Rusiyanın ilk baş naziri və dövlət başçısı Boris Yeltsin arasında 1993-1999-cu illərdə aparılan bütün toplantı və telefon danışıqlarının məxfiliyi aradan qaldırılıb.

“Sputniknews”   bildirir ki, Klinton Prezident kitabxanasının saytından əldə olunan sənədlərə görə, 8 sentyabr 1999-cu il tarixli Klinton-Yeltsin arasında aparılan telefon söhbətində rus dövlət başçısı özündən sonra yerinə Putinin gəlməsini istədiyini deyib. O, bunun səbəblərini də açıqlayıb. “Putinin 2000-ci ildəki seçkidə dəstək görəcəyindən əminəm. Biz bunun üçün çalışırıq”, - deyə bildirmiş Yeltsin, axır ki, özündən sonrakı layiqli dövlət başçısını tapdığını ifadə edib. B.Yeltsin Putini ümidverici və məsuliyyətlərin öhdəsindən gələ bilən bir şəxs olaraq tərifləyib. O, Klintona “məncə, siz də Putinin çox yüksək keyfiyyətlərə sahib bir ortaq olduğunu düşünəcəksiniz”, deyib. 19 noyabr 1999-cu ildəki bir söhbətdə isə Klintonun Yeltsindən prezidentin kim olacağı ilə bağlı sualına “əlbəttə ki, Putin olacaq. O, demokratdır və Qərbi yaxşı tanıyır” – deyə, cavab verib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib