Dərc edilib: 01-09-2018

https://www.nuh.az/17054-.html

Bakıda polis rəisinə dələduzluq maddəsi ilə cinayət işi başlandı

01.09.2018 20:20:35

Kriminal

Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsində Daxili İşlər Nazirliyinin Sumqayıt Şəhər Mühafizə İdarəsi rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi işləmiş şəxsə qarşı cinayət məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanıb.
Qaynarinfo-nun məlumatına görə, avqust ayının 25-də Binəqədi Rayon Məhkəməsinin hakimi Almaz SüleymanovaMikayılov Novruz Tahir oğlunun cinayət məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndiriləməsinə dair təqdimatı təmin edib. Xatırladaq ki, N.Mikayılov 2008-ci ildə xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. 2015-ci ildə Novruz Mikayılovun adı başqa bir dələduzluq əməlində də hallanıb. Ancaq o zaman polis zabitinin adı zərərçəkmiş qismində hallanıb. 
Sumqayıt Şəhər Mühafizə İdarəsinin rəis müavini Novruz Mikayılov oğlunu hüquq-mühafizə orqanlarında işə düzəltmək məqsədilə Yaşar Sərdar oğlu Həbibovla razılığa gəlib. Həmin şəxsə 16 min manat pul verən rəis müavini bir neçə ay gözləyəndən sonra oğlunun işə düzəlmə məsələsinin alınmadığını görüb. Bu səbəbdən N.Mikayılov Y.Həbibovun qanunsuz əməlləri barədə hüquq-mühafizə orqanlarına məlumat verib. Bundan sonra rəis müavininin 8 min manat pulu Y.Həbibov tərəfindən geri qaytarılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib