Dərc edilib: 02-09-2018

https://www.nuh.az/17056-.html

ABŞ Pakistana 300 milyonluq hərbi yardımı dayandırdı

02.09.2018 10:24:09

Günün sitatı

ABŞ Pakistana etdiyi 300 milyon dollar hərbi yardımı dayandırıb.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, Pentagon sözçüsü Koni Folkner ABŞ ordusunun məbləği daha vacib xərclərə ayıracağını açıqlayıb. Hərbi yardım ölkədə terror qrupları ilə mübarizə üçün verilirdi.
ABŞ prezidenti Donald Tramp və ABŞ Dövlət Departamenti Pakistanı Haqqani qrupu və Talibanla mübarizədə uğursuzluqda ittiham edirdi. 
Yaxın günlərdə ABŞ dövlət katibi Mayk Pompeonun Pakistanın yeni baş naziri İmran Xanla görüşü gözlənilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib