Dərc edilib: 02-09-2018

https://www.nuh.az/17063-.html

Ələkbər Salahzadənin anım günü

02.09.2018 17:27:21

Günün sitatı

Sentyabrın 1-i Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, şair Ələkbər Salahzadənin xatirə günüdür.


Məmmədsalahlı Ələkbər Baba oğlu – 1941-ci il martın 15-də Qonaqkənd (indiki Quba) rayonunun Cimi kəndində anadan olmuşdur. Orta məktəbi Qonaqkənddə başa vurub ADU-nun filologiya fakültəsində təhsil almışdır (1958-1963). Ədəbi fəaliyyətə orta məktəbdə oxuduğu illərdən başlamış, illər keçdikcə dövri mətbuatda çıxış etmişdir. "Azərbaycan" jurnalının ədəbi işçisi, "Tərcürmə saatı" radio jurnalının redaktoru olmuşdur (1965-1967). Azərbaycan Sovet Ensiklopediyasında dil, ədəbiyyat, incəsənət redaksiyasında elmi redaktor (1966), "Gənclik" nəşriyyatında tərcüməçi, sonra poeziya üzrə redaktor (1968-1976), Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatın təbliği bürosunun direktor müavini (1976-1989) işləmişdir. Sonra "Ulduz" jurnalında poeziya şöbəsinin müdiri (1989-1992), redaktor vəzifəsində (1992-2004), daha sonralar “Qobustan” jurnalının baş redaktoru vəzifəsində(2004-2013) çalışmışdır. 60-cı illərdən fəal ədəbi fəaliyyətə başlamışdır. Bir çox kitabların (“Beş yarpaq”1968, “Od hevkəli”1970, “Gözlər baxır dünyaya”1979, “Xatirə çiçəyi”1982, “Yerimiz bir, göyümüz bir”1986, “Od odası”1989, 
“Yanıltmaclı əlifba”1996, “Xocalı xəcilləri”2006, “Vaxt vadisi”2007, “M. Müşfiqin monoloqu”2008, “Qobustan”2010 və s. müəllifidir. Bədii tərcümə ilə də ardıcıl məşğul olur. Əsərləri xarici ölkə xalqlarının dillərinə çevrilmişdir. 100-dən çox essesi, məqaləsi çap olunub. Radio-pyesləri, 20-dən artıq uşaq nağılı vardır. "Kölgədən qorxan" (1983) Şəki, "Yayın qış gecələri" (1985) Sumqayıt, "Nağaraçı naxırçı" (1987) pyesləri Ağdam Dövlət Dram Teatrında tamaşaya qoyulmuşdur. 
Ələkbər Salahzadə 2013-cü ilin sentyabrın 1-də Bakıda vəfat edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib