Dərc edilib: 03-09-2018

https://www.nuh.az/17065-.html

Azərbaycan Prezidenti İlham Əliyev Qırğız Respublikasına səfərə gedib

03.09.2018 07:58:41

Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitində iştirak etmək üçün sentyabrın 2-də Qırğız Respublikasına səfərə gəlib.

  Çolpon-Ata şəhərinin İssuk-Kul beynəlxalq hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Qırğız Respublikası Baş nazirinin birinci müavini Kubatbek Boronov və İssık-Kul vilayətinin qubernatoru Akılbek Osmonaliyev qarşıladılar.

NUH informasiya agentliyi səhifəsindən çap edilib