Dərc edilib: 03-09-2018

https://www.nuh.az/17069-.html

“Caspian Hospital”da faciə: körpəsini yenicə qucağına alan ana öldü

03.09.2018 11:26:57

Region

Bakıda qadın doğuşdan sonra vəfat edib.

Qafqazinfo  xəbər verir ki, hadisə Badamdar qəsəbəsində yerləşən "Caspian Hospital”da baş verib.
Masallı rayon sakini, 1977-ci il təvəllüdlü Xanımnaz Əliyeva avqustun 25-də qeysəriyyə əməliyyatı keçirib və oğlu olub. Sentyabrın 1-də isə həmin xəstəxanada vəfat edib. Onun ölümünün səbəbləri araşdırılır.
X.Əliyevanın bundan öncə 3 qızı olub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib