Dərc edilib: 03-09-2018

https://www.nuh.az/17076-.html

Bakıda ərəblərin olduğu lift qırılaraq yerə çırpıldı - Video

03.09.2018 19:30:46

Reportaj

Bakının Fəzail Bayramov 11/56 ünvanındakı yeni yaşayış binasında qəza baş verib.


 Ölkə.az   xəbər verir ki, binanın 22-ci mərtəbəsində liftin trosu qırılaraq birinci mərtəbəyə çırpılıb.

Bildirilir ki, bu zaman liftdə beş İraq vətəndaşı və bir nəfər azərbaycanlı olub.

Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası cəlb edilib.

İnsident nəticəsində iki ərəb xəsarət alıb. Onlardan birinin vəziyyəti ağırdır. Hazırda ərazidə polis işləyir.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib