Dərc edilib: 04-09-2018

https://www.nuh.az/17083-.html

Bu gün Pakistanın yeni prezidenti müəyyənləşəcək

04.09.2018 15:18:36

Maqazin

Pakistanda yeni prezidenti müəyyənləşdirmək üçün parlament və 4 əyalət məclisində səsverməyə start verilib.

Qaynarinfo xəbər verir ki, səsvermədə Arif Alvi, Aitzaz Ahsan, və Maulana Fəzl Rəhman yarışacaq. Arif Alvi hazırda hakimiyyətdə olan "Pakistan Tehreek-e-Insaaf" partiyasının namizədidir. Yeni prezident bu vəzifəni icra edən Məmnun Hüseyni əvəzləyəcək. Səsvermə prosesi 6 saat davam edəcək. Yeni prezidentin seçilməsi üçün 706 səs veriləcək.
Qeyd edək ki, Pakistan ötən həftələrdə yeni baş nazirini seçib.İmran Xan bu vəzifəni icra edir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib