Dərc edilib: 04-09-2018

https://www.nuh.az/17087-.html

“Azərenerji”yə yeni sədr təyin edildi

04.09.2018 20:18:26

Siyasət

Prezident İlham Əliyev “Azərenerji”yə yeni rəhbərin təyin olunması haqda sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, sərəncama görə, Balababa Hüseynağa oğlu Rzayev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib.

Qeyd edək ki, B. Rzayev  bu günə qədər “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri olub. Prezidentin digər sərəncamı ilə o “Azərişıq” sədri vəzifəsindən azad edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib