Dərc edilib: 05-09-2018

https://www.nuh.az/17090-.html

“Lotu Quli” Fəthullah Gülənə müharibə elan etdi

05.09.2018 08:28:33

Region

Türkiyədə yaşayan “qanuni oğru” Nadir Səlifov (“Lotu Quli”) təriqətçilərin lideri Fəthullah Gülənin tərəfdarlarına müharibə elan edir.

 

” Virtualaz.org  xəbər verir ki, “Lotu Quli” Türkiyədə Fəthullah Gülən tərəfdarlarının mövqelərinin güclənməsindən narahat olub və onlara qarşı həm Türkiyənin özündə, həm də  Mərkəzi Asiya ölkələrində və Rusiyada müharibə elan edir.

“Lotu Quli”nin hərəkətləri artıq Türkiyədə qalmış yüksək vəzifəli gülənçilərdə narahatçılıq doğurub və onlar ondan qisas almağa çalışırlar.

Öz növbəsində “Lotu Quli” bildirir ki, o, Türkiyədə və bütün postsovet məkanında gülənçilərlə barışmaz mübarizəyə başlayır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib