Dərc edilib: 05-09-2018

https://www.nuh.az/17097-.html

Nazir müavini İlham Quliyev vəzifəsindən azad edildi

05.09.2018 14:41:55

Hadisə

Bir neçə  nazirin müavini olan və nazirliyin "kassir"i   sayılan  İlham  Quliyev vəzifəsindən azad edilib. 

 

NUH.az-a daxil  olan məlumata görə,  uzun illər  kənd təsərrüfatı nazirinin  müavini  olan İlham Quliyev vəzifəsindən azad edilib. 

Məlumat üçün bildirək ki, İlham Quliyev  keçmiş  nazirlər  İsmət Abbasovun,  Heydər Əsədovun müavini olub. 

 

O, uzun illərdir  nazirlikdə maliyyə və fermerlərə ayrılan subsidiya məsələlərinə nəzarət edirdi. 

Onun  Bakı  şəhərində və bölgələrdə KİFAYƏT qədər  geniş biznes şəbəkəsi var. 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib