Dərc edilib: 06-09-2018

https://www.nuh.az/17101-.html

İlham Əliyev Xorvatiyada - Fotolar

06.09.2018 07:41:53

Siyasət

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 5-də Xorvatiya Respublikasına rəsmi səfər edib.

“Qafqazinfo” xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Zaqreb şəhərinin “Franyo Tucman” hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Hava limanında Azərbaycan prezidentini Xorvatiya Prezidenti ofisinin rəhbəri xanım Anamariya Kiriniç və digər rəsmi şəxslər qarşılayıblar.

 



 

NUH informasiya agentliyi səhifəsindən çap edilib