Dərc edilib: 07-09-2018

https://www.nuh.az/17103-.html

Ərdoğan İrana yola düşdü - Gündəmindəki 3 məsələ

07.09.2018 15:57:25

Dünya

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İrana yola düşüb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan Tehranda Suriya məsələsini müzakirə etmək üçün Rusiya və İran liderləri ilə bir araya gələcək. 

Türkiyə prezidentini səfərdə müdafiə, həmçinin xəzinə və maliyyə naziri müşayiət edir. 

Türkiyə mediası Ankaranın toplantıda 3 məsələni gündəmə gətirəcəyini vurğulayır:

- İdlib və ümumiyyətlə Suriya ərazisində atəşkəs mühitinin qorunaraq Astana sazişinə sadiq qalınması

- Suriya rejiminin İdlibdə mülki əhaliyə qarşı daha həssas davranması və bunu heçə sayan hücumlara son verməsi

- PKK terror təşkilatının Suriyadakı qolu YPG-nin aradan götürülməsi.

NUH informasiya agentliyi səhifəsindən çap edilib