Dərc edilib: 07-09-2018

https://www.nuh.az/17108-.html

Bakıda güclü külək, rayonlarda leysan olacaq

07.09.2018 16:40:01

Reportaj

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq edib. 

"Qafqazinfo" xəbər verir ki, Abşeron yarımadasında sentyabrın 08-09-da şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Sentyabrın 09-da gün ərzində əsasən şimal və qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Qərb küləyi sentyabrın 08-09-da ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Bakıda və Abşeron yarımadasında sentyabrın 08-də hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi, şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 18-22, gündüz 27-32, Bakıda gecə 18-20, gündüz 28-30 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 755 mm civə sütunudan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində

Sentyabrın 08-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 25-26 dərəcə isti təşkil edəcək. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında

Sentyabrın 08-də hava şəraitinin yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Sentyabrın 08-09-da Abşeron yarımadasında arabir güclənən xəzri küləyi və komfort temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib