Dərc edilib: 08-09-2018

https://www.nuh.az/17113-.html

Obama : “ABŞ-ı Trampdan xilas edin”

08.09.2018 07:50:43

Dünya

ABŞ-ın eks-prezidenti Barak Obama amerikalıları ölkəni prezident Donald Trampdan xilas etmək üçün Konqres seçkilərinə qatılmağa çağırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə MSNBC məlumat yayıb. Onun sözlərinə görə, Tramp ABŞ sakinlərini “qorxu və qəzəb” içərisində saxlayır.

Obama, həmçinin, əlavə edib ki, hakimiyyətdə olan insanlar digərlərinin bölünməsini istəyir. Keçmiş prezident bu səbəblərdən noyabrda keçiriləcək Konqres seçkilərinin vacibliyini qeyd edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib