Dərc edilib: 08-09-2018

https://www.nuh.az/17117-.html

Prezident böyrəyi səhvən götürülmüş uşağa ev bağışladı

08.09.2018 09:03:02

Kriminal

Boliviya prezidenti Evo Morales həkimlərin səhvi ucbatından sağlam böyrəyi götürülmüş 3 yaşlı Sebastyanın ailəsinə ev bağışlayıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Santa-Krus şəhərinin xəstəxanalarından birində böyrəyində bədxassəli şiş olan Sebastyanın səhvən sağlam böyrəyi əməliyyatla götürülmüşdü. Nəticədə körpə dərhal dializ aparatına qoşulmalı olmuşdu.

Bu isə ölkədə ciddi etiraz doğurmuşdu.

Morales Tvitter səhifəsində sosial təminatı yaxşı olmayan ailəyə ev bağışladığını elan edib:

“Sebastyanla bağlı baş vermiş hadisə bizi çox kədərləndirdi. Zəngin ailədən olmadığı üçün dövlət ona sosial ev bağışlamaq qərarına gəlib”. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib