Dərc edilib: 08-09-2018

https://www.nuh.az/17119-.html

DİN-dən əməliyyat: 75 nəfər saxlanıldı

08.09.2018 10:01:29

Hadisə

Sentyabr ayının 7-dən 8-dək respublikanın daxili işlər orqanları tərəfindən 116 cinayət faktı qeydə alınıb.

Daxili İşlər Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, qeydə alınan cinayətlərin 26-sı "isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 25 cinayətin açılması təmin olunub.
Bundan başqa, axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib