Dərc edilib: 08-09-2018

https://www.nuh.az/17123-.html

Pişik 8-ci mərtəbədən kişinin başına düşdü və öldü

08.09.2018 13:41:30

LIVE

Kök bir pişik hündürmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsindən küçə ilə keçən bir adamın başına düşüb.

Qaynarinfo xəbər verir ki, İtaliyanın Torino şəhərində baş verib. Çəkisi 5,8 kiloqram olan pişik hadisədən sonra ölüb, yaralı şəxs isə xəstəxanaya aparılıb.
Onurğasından və boynundan ciddi xəsarət alan 56 yaşlı kişi pişiyin sahibini məhkəməyə verib. O, heyvanın sahibini ona yaxşı baxmamaqda və insanlara zərər vurmaqda günahlandırıb.
 
Məhkəmənin qərarı ilə qadına pul cəzası verilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib