Dərc edilib: 09-09-2018

https://www.nuh.az/17124-.html

“Tonqal”da 13 nəfərin zəhərlənməsinə görə həbslər başladı

09.09.2018 09:08:58

Reportaj

“Tonqal” restoranındakı zəhərlənməyə görə bir nəfər həbs edilib.

Bakı şəhər prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, avqustun 11-də paytaxtın Nərimanov rayonunda fəaliyyət göstərən “Tonqal” restoranında 3-ü azyaşlı olmaqla 13 nəfərin qidadan zəhərlənməsi faktına görə rayon prokurorluğunda cinayət işi başlanıb. Qasımov İlham İdris oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib