Dərc edilib: 09-09-2018

https://www.nuh.az/17130-.html

Etibar Pirverdiyevin qohumları vəzifədən çıxarılır

09.09.2018 12:24:49

İqtisadiyyat

 

"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti  Etibar Pirverdiyev vəzifədə olduğu zaman öz yaxın qohumlarını müxtəlif kiçik və böyük postlara yerləşdirə bilib.


NUH.az-a daxil olan məlumata görə, Etibar Pirverdiyev vəzifəsindən  uzaqlaşdırılandn sonra  onun müxtəlif  nazirlik və komitələrdə işləyən  qohumları  da vəzifələri ilə  vidalaşırlar.

Dövlət Sərhəd Xidmətinin ən həssas nöqtəsi sayılan Hövsan Sərhəd Məntəqəsinin rəisi  Xeyir Xeyirov Etibar Pirverdiyevin yaxın qohumudur

Həmişə ona arxalanan, özünü Sərhəd Qoşunlarının az qala komandanı hesab edən  Xeyir  Xeyirov Pirverdiyevin vəzifədən qovulmasından sonra ehtiyyatlanmağa başlayıb. Amma ona Sərhəd Qosunlarındakı yaxın adamı olan təcrübəli polkovniklərdən biri dəstək durur.

Məlumat üçün bildirək ki, Hövsan məntəqəsinin rəisi leytenant Xeyirovun adı bir müddət əvvəl mətbuatda da hallanmışdı. O gecə saatlarında brokonyerlərin qanunsuz olaraq balıq ovuna "icazə vermək"də  günahlandırılırdı.

 

Daha ətraflı məlumatları yaxın günlərdə bizdən oxuyun!

NUH informasiya agentliyi səhifəsindən çap edilib