Dərc edilib: 09-09-2018

https://www.nuh.az/17132-.html

Bu gün Rusiyada 22 regionun başçısı və Moskva meri seçilir

09.09.2018 14:13:50

Mədəniyyət

Bu gün Rusiyada vahid seçkilər günüdür.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya vətəndaşları ölkənin 22 regionunun başçısını və 16 regionda qanunvericilik orqanlarına üzvləri seçəcəklər.

Bundan başqa, Rusiya paytaxtının sakinləri Moskva merini seçirlər. Moskvanın rəhbəri vəzifəsinə seçilmək üçün beş namizəd, o cümlədən hazırkı mer Sergey Sobyanin mübarizə aparır.

Seçkiləri 50 minə yaxın əcnəbi müşahidəçi izləyir. Vahid səsvermə Moskva vaxtı ilə saat 23:00-da başa çatacaq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib