Dərc edilib: 10-09-2018

https://www.nuh.az/17144-.html

Metroda qızlara sataşan şəxs Penitensiar Xidmətin əməkdaşıdır – EKSKLÜZİV

10.09.2018 14:31:19

Hadisə

Bakı metrosunda sərxoş vəziyyətdə qızlara sataşan və onlardan birinin halının pisləşməsinə səbəb olan 1981-ci il təvəllüdlü Seymur Abbasovun tərbiyəsiz hərəkəti artıq neçə gündür sosial şəbəkələrdə və mətbuatda müzakirə mövzusuna çevirilib. 

Sərnişinlər tərəfindən polisə təhvil verilən və barəsində araşdırma aparılan S.Abbasovun əxlaqsızlığı haqda məlumat ictimailəşdikdən sonra Daxili İşlər naziri Ramil Usubova müraciət edilib, olayı nəzarət altına almasını xahiş olunub. Eyni zamanda Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov da bildirib ki, S.Abbasovla bağlı araşdırma davam edir.

Bizimxeber.az-ın əməkdaşlarının apardığı araşdırma zamanı bəlli olub ki, Seymur Abbasov Penitensiar Xidmətin əməkdaşıdır və uzun müddət Şuşa həbsxanasının rəisi işləmiş Aydın Abbasovun oğludur. Onun hansı həbsxanada və hansı vəzifədə işlədiyini oyrənmək üçün sayt əməkdaşları araşdırmaları davam etdirir.

6 sentyabrda S.Abbasov olduğu müəyyənləşən şəxs vaqonda qızlara qarşı nalayiq hərəkətlərə yol verməsi barədə . Bu zaman vaqondakı sərnişinlər həmin şəxsə etiraz edib. “Koroğlu” stansiyasında polis əməkdaşları müdaxilə edərək, S.Abbasovu vaqondan düşürüblər və polis bölməsinə aparıblar. “Qara Qarayev” stansiyasında isə əxlaqsızın hücumuna məruz qalan qızın halı pisləşib və o özündən gedib. Sərnişinlərdən bir neçəsi qızı qatardan düşürüb və metro işçilərini köməyə çağırıb.

Məlumat üçün bildirək ki, bu barədə ilk xəbəri Axar.az saytı yayıb.

Penitensiar Xidmətin mövqeyini dərc etməyə çalışacağıq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib