Dərc edilib: 10-09-2018

https://www.nuh.az/17148-.html

Fəxrəddin Abbasov Rusiyada həbs edildi

10.09.2018 21:29:01

Kriminal

Azərbaycanın federal axtarışa verdiyi separatçı Fəxrəddin Abbasov Rusiyada həbs edilib.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, sentyabrın 7-də məhkəmə Azərbaycan tərəfinə verilməsi üçün onun haqqında bir aylıq həbs qətimkan tədbiri seçib. 

Abbasov haqqında cinayət işi bu ilin iyulun 12-də Səbayel rayon məhkəməsi tərəfindən açılıb. 

Qeyd edək ki, F. Abbasov 1993-cü ildə Azərbaycanda separatçılıq fəaliyyəti ilə məşğul olub. O, 1994-cü ildə Azərbaycandan qaçaraq Rusiyada yaşayıb. Abbaszadə 2010-cu ildə Rusiyadan müvəqqəti sığınacaq istəyib və müsbət cavab alıb. 

2014-cü ildə Rusiya vətəndaşlığı üçün müraciət etsə də, ərizəsinə indiyə kimi baxılmayıb. 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib