Dərc edilib: 12-09-2018

https://www.nuh.az/17158-.html

Bakıda 27 yaşlı kişi 46 yaşlı qadını zorlamaq istədi - O da özünü VİDEO

12.09.2018 08:36:53

Kriminal

Bakıda əxlaqsız hərəkətlərə məruz qalan 46 yaşlı qadın özünü binadan atıb.

 

 “Xəzər Xəbər”  verdiyi məlumata görə, hadisə bir neçə gün əvvəl paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsi Mirəli Seyidov küçəsində yerləşən 21 nömrəli yaşayış binasında baş verib. Məlumata görə, həmin binada yaşayan 27 yaşlı kişi evə gələn təmizlik işçisinə qarşı əxlaqsız hərəkətlər edib. Çıxılmaz vəziyyətdə qalan qadın canını qurtarmaq üçün özünü binanın 1-ci mərtəbəsində yerləşən mənzilin pəncərəsindən aşağı atıb. Hadisə nəticəsində Zəminə Məmmədova ağır bədən xəsarətləri alıb. O dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. İlkin baxış zamanı onun bel sümüyünün sındığı müəyyən edilib. Faktı həmin binanın sakinləri də təsdiqləyiblər. Sakinlərin sözlərinə görə, sözügedən qadın paytaxtdakı təmizlik şirkətlərindən birinin işçisi olub. Həmin ünvana da sifarişlə mənzili təmizləmək məqsədi ilə gəlib. Qeyd edək ki, hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib