Dərc edilib: 13-09-2018

https://www.nuh.az/17170-.html

İbtidai sinif müəllimləri bu fənni də tədris edə biləcəklər

13.09.2018 07:49:59

Hadisə

Dərs ilinin başlanmasına sayılı günlər qalıb. Artıq müəllimləri dərs saatı ilə bağlı bir sıra məsələlər narahat edir. Ən çox narahat edən məqamlardan biri də müəyyən ixtisas fənnləri üzrə məktəbdəki vakant yerlərin dərs saatının bölgüsü məsələsidir.
Beləki, Müəllimlərin İşə Qəbul imtahanı ilə yeni işə qəbul olan gənc ibtidai sinif müəllimləri kadr olmadığı halda başqa hansı fənnləri tədris edə bilərlər?
Modern.az xəbər verir ki, ibtidai siniflərdə fiziki tərbiyə, musiqi, texnologiya və təsviri incəsənət dərsləri ibtidai sinif müəllimlərinin özləri tərəfindən tədris edilir. İbtidai sinif müəllimlərinin yazılı razılığı əsasında həmin dərslərin ixtisas müəllimləri tərəfindən tədrisinə icazə verilir. İbtidai siniflərdə xarici dil və informatika fənləri ixtisaslı kadrlar tərəfindən tədris edilir. Kadr olmadığı halda, informatika fənni ibtidai sinif müəllimi tərəfindən tədris oluna bilər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib